#Oguzdayam Instagram Photos & Videos

See related and similar tags

Yesterday

Oğuz dağ yəhudi icmasının görkəmli nümayəndələrindən biri Maasiya bin Vuzio 1-ci gildiyanın taciri(Ticarət gildiyası ).1938 də vəfat edib #Oguzdayam

740
3 days ago

Video___ @nurlandjamalov 🎥 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍👍👍🚗🚘🚗 ....... #oguz #azerbaijan #gozellikler #nature #myazerbaijan #myvideo #naturephotography #oguzdayam #nature___pg #azerbaijan

700
3 days ago

Bir çox ziyalımızın haqqında məlumata məhz onun sayəsində sahibik.İstanbulda doğulan həmyerlimiz haqqında Tahirzadə Nərmin Abdulla qızı 13 avqust 1921-ci ildə İstanbul şəhərində anadan olub. Atası - ozamankı Şəki qəzasının Xaçmaz kəndindən olan Tahirzadə Abdulla Mabud oğlu həmin vaxt İstanbul universitetində təhsil alırdı. Abdulla Tahirzadə 1923-cü ildə təhsilini bitirərək Bakıya dönüb. Üç yaşlı Nərmin isə Azərbaycana bir il sonra - 1924-cü ildə anası ilə birgə gəlib. İxtisasca müəllim olan valideynləri Bakının ali və orta məktəblərində dərs deyib. Atası 1978-ci, anası isə 1987-ci ildə vəfat edib. 1939-cu ildə orta məktəbi bitirən Nərmin xanım Azərbaycan Dövlət Universitetinin (indiki Məhəmmədəmin Rəsulzadə adına BDU ) tarix fakültəsinə qəbul olunub və 1944-cü ildə oranı bitirərək aspiranturaya girib. Elə həmin ildən ADU-nun "SSRİ xalqları tarixi" kafedrasında assistent və müəllim işləyib. 1949-cu ilin mayında atası Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilib. Artıq dissertasiyası müdafiəyə tam hazır olan Nərmin xanım və anası "xalq düşməninin ailə üzvü" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilib. Burada onlar Sovet həbs düşərgələrinin cəhənnəmini dirigözlü yaşayıblar. Atası 1953-cü ildə - Stalinin ölümündən sonra əvf edilib. Bir il sonra Nərmin xanıma və anasına Cambul şəhərində yaşayan Abdulla Tahirzadənin yanına getməyə icazə verilib. 1955-56-cı illərdə ailə üzvləri bəraət alıb. N.Tahirzadə 1955-ci ildə Bakıya qayıdıb və Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə girib. 1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Nərmin xanım 1961-ci ildən 1987-ci ilədək muzeyin "XIV əsr - XX əsrin başlanğıcı tarixi ekspozisiyası" şöbəsinin müdiri işləyib. Muzeyin həmin dönəmə aid bütün ekspozisiya və sərgiləri onun hazırladığı mövzu- ekspozisiya planlarına əsasən təşkil edilib. 1963-cü ildən baş elmi işçi olan Nərmin Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. Ardı rəydə⤵️⤵️⤵️ #Oguzdayam

688
4 days ago

Şəkil şərtidir AŞIQ ƏHMƏD Əhməd Mustafa oğlu XIX əsrin ilk illərində indiki Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. O, az bir müddət molla yanında olduqdan sonra aşıqlığa meyl göstərmiş, Şamaxıya gedərək Aşıq Səmədin şagirdi olmuş, təxminən 10 ilə yaxın bir dövrdə ondan aşıq sənətinin sirlərini öyrənmişdir. Gözəl səsə malik olub yaxşı məclis aparmağı, oynamağı,səlis danışmağı bacardığı, coxlu dastanlar bildiyinə görə tezliklə Aşıq Əhmədin adı Qəbələ, Ərəş, Şəki, Göycay və Şirvan mahallarına yayılır. O, nəinki bu mahallarda, hətta Dağıstanda da, bir cox toy şənliklərində çalıb oxumuşdur. Gənc yaşlarında Nazlı adlı bir qızı sevir, lakin yoxsul olduğu üçün ala bilmir və buna görə də ömrü boyu evlənmir, sevgilisinin xəyalı ilə yaşayır. Aşıq Əhməd 1830- 1850- ci illər arasında, əsasən Ağdaşda yaşamışdır. Ömrünün son illərini doğma kəndində keçirmiş, tez- tez Vardanlıya- Mücrüm Kərimin yanına gedib onun təşkil etdiyi ədəbi məclisin yığıncaqlarında iştirak etmişdir. Aşıq Əhməd haqqında cəmi 2 yazılı məlumat vardır. Bunlar onun həmyerliləri və dostları Mücrüm Kərim Vardani və Abdulla Padarlının yazdıqları şerlərdir. Təxminən 1869- 70- ci illərdə vəfat etmiş və vəsiyyətinə əsasən doğma kəndindən xeyli aralıda yerləşən bir təpənin üstündə dəfn olunmuşdur. #Oguzdayam

700
5 days ago

Aşağı Filfilli kəndindəki, "Şiştəpə" adlı yüksəklikdən çəkilmiş şəkil.1965ci il. Şəxsi Albom (Aslan Mikayılov ).Aşağı Filfilli kəndi Yuxarı Filfillidən 2 km məsafədə yerləşir.Burada ilk məskənlərin XII əsrdə salındığı güman olunur. Tədqiqatçıların fikrincə, oykonim farsca "yaban istiot" demək olan "filfil" sözündən və -li mənsubiyyət şəkilçisindən ibarət olub, "istiotluq" mənasındadır.Yerli əhalinin məlumatına görə, keçmişdə zəlzələ nəticəsində Qaladağ yaşayış məntəqəsi dağıldıqdan sonra əhali Filfili adlı yerə köçüb məskunlaşmış və sonralar burada yaranmış kənd də həmin yerin adı ilə adlandırılmışdır Qeyd: həmin kənd 1972 dən sonra Qala çayının sel təhlükəsi nəticəsində köçürülmüşdür.( Hal hazırdakı Bayan kəndinin Ləzgi qəsəbəsinə (Pasyolka ) ) Sizdədə Şəxsi albomda kəndlərdə çəkilmiş köhnə şəkillər varsa Dmya atın #Oguzdayam #ApardıSellərSaranı

977
6 days ago

Yeni model 😍 “Riva” künc dəsti. ✔️12 ay 0 % ✔️Arayışsız / Zaminsiz ✔️2il zəmanət ⬇️Qiymətlə bağlı ⬇️ 📲0509965512 0707249030 #agdas #ağdaş #agdash #göyçay #goycay #ismayilli #qəbələ #qebele #oguz #oguzdayam #gence #gəncə #şəmkir #semkir #agcabedi #yevlax #kurdemir #mingəçevir #mingecevir #baku #bakı #baki #ucar

535
6 days ago

1930cu illərdə Baş Daşağıl kəndindən represiyaya məruz qalmış Ziyalılar və möminlər 1 )Həmidov Dərzi Molla Abdulhəlim oğlu 2 )Həmidov Əhməd Əfəndi 3 )Hacı Səlim Əfəndi 4 )Molla Qazəli 5 )Polad Molla Məhəmməd Əfəndi(Nəsibov ) 6 )Hacıbala kişi 7 )Oruc kişi #Oguzdayam #Mərdoğullar

701
1 weeks ago

ABDULLA PADARLI (1775-1885 ) Oğuzun Padar kəndində doğulmuş, mükəmməl təhsil almış, ərəb və fars dillərinə yiyələnmişdir. İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur. Bir müddət Ağdaş rayonu ərazisində yaşamış, burada mədrəsədə oxumuş, sonra təhsilini Dəməşq şəhərində (Suriya ) davam etdirmişdir. Ərəbistanı, İranı, Türkiyəni, Qafqazı səyahət etmişdir. Müasirlərindən Qasım bəy Zakir, Mücrim Kərim Vardani, Qəmnak Şəkili və digərləri ilə sıx əlaqə saxlamış, Şirvan şairlərinin “Beytülsəfa” adlı ədəbi məclisinin iştirakçısı olmuşdur. Abdulla Padarlının “Nəsihətnamə” adlı əlyazması Bakıda əlyazmalar fondunda saxlanılır. Yazdığı şerlərinin əksəriyyəti lirik qoşmalardan və realist şer nümunələrindən ibarətdir. Qoşmalarında Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur. A.Padarlının seçilmiş şerlərinin professor Əzizə Cəfərzadə 1974-cü ildə ayrıca kitabça şəklində Bakıda çap etdirmişdir. #Oguzdayam

910
2 weeks ago

Mücrim Vardani haqqında: MÜCRİM KƏRİM VARDANİ XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli ) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Ruma, Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir. Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır. Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir. Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir. Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır. #Oguzdayam #Oğuzoğulları

730
2 weeks ago

Geniş çeşid münasib qiymət 😎 Ölçü götürüb,proyekti hazırlıyırıq,bəyənsəniz sifariş verirsiniz. Rəng seçimi var. Material : MDF (Boya ) ✔️24 aya ödə ✔️2 il zəmanət ✔️Servis Pulsuzdur 📲050 996 55 12 📲070 724 90 30 #agdas #ağdaş #agdash #göyçay #goycay #qəbələ #qebele #oguz #oguzdayam #ismayilli #seki #şəki #gəncə #gence #berde #bərdə #yevlax #mingəçevir #mingecevir #ucar #zerdab #kurdemir

502
2 weeks ago

Oğuz rayon Baş Daşağıl kəndi,1960(1 ) ci il.Klubun qarşısı.Kənd əhalisi kəndə gəlmiş nüfuzlu aktyoru qarşılayır (İsmayıl Dağıstanlı ) #Oguzdayam #Daşağıl

1033
2 weeks ago

Şəkil şərtidir. 1920 ci illərdə Oğuzda yerli sovet idarəetmə orqanları rəhbərlərinin özbaşınalığı nəticəsində baş vermiş üsyan haqqında Bir qədər də Rüstəmovun özü haqqında. Azərbaycan çekistləri içərisində o, öz amansızlığı ilə daha çox seçilirdi. Onun inzibati-ərazi baxımdan Şəkiyə tabe olan Xaçmaz kəndində apardığı kütləvi həbslər 1921-ci ilin yazında üsyana səbəb oldu. Kənddəki milis işçilərinin bir hissəsi öldürüldü, qalanları isə canlarını birtəhər qurtararaq Vartaşen (indiki Oğuz ) kəndinə sığındılar. Xaçmaz kəndinə tərkibində topçu birliyinin də olduğu hərbi hissə yeridildi. Ancaq üsyançılar bu hücumu dəf etdilər. Xaçmaz kəndinə ikinci hücum 26 may 1921-ci ildə gecə vaxtı başlandı. Əməliyyata 2-ci topçu alayının komandiri Dobrexetov rəhbərlik edirdi. Bu hücuma Atakişiyev’inbaşçılıq etdiyi Zaqatala alayı da qatılmışdı. Döyüşdə üsyançıların rəhbəri Hüseyn əfəndi həlak oldu. Bolşevik- lərin xeyli üstün hərbi qüvvəsi qarşısında duruş gətirə bilməyən üsyançılar Xaçmazı tərk edərək dağ kəndlərinə, o sıradan Filfilli’yə toplandılar. Xaçmaz üsyanının başlıca səbəbi kimi Rüstəmovun amansızlığı, qəddar əməlləri göstərilir. Şəki şəhərində başda Əliabbas Qədimov olmaqla yerli sovetin deputat- larının həbs olunması haqqında göstərişi də məhz Rüs- təmov vermişdi. Bununla da o, Xaçmaz kəndində olduğu kimi Şəkidə də gərginlik yaratmışdı. #Oguzdayam #Rustemovqaşınırsan

880
Load More ↓